Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq

Hazırda oxunan: Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq

579688

Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdiririk.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
 

"Bu proses həyata keçirilərkən Azərbaycanın hüquqlarının pozulmasına yol verməyəcəyik. Hazırda qardaşım İlham Əliyevin rəhbərliyi altında Qarabağda böyük bir inkişaf həyata keçirilir. Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzillər tikintisi həyata keçirilir. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - o bildirib.


Sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirən Ərdoğan Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb.

Onun sözlərinə görə, sülh prosesinin qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün memarı kimi də önə çıxaracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin