Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən Hərbi paradla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım nazirliyin rəsmi "X" hesabında edilib.
“Cəsarət, zəfər və sədaqət!
Qısaca:
Türkiyə, Azərbaycan və Pakistan qardaşlığı!
Hər biri bir ay-ulduz kimi parlayan qəhrəmanlarımız bu gün Azərbaycanın Zəfər Günündə bir araya gələrək bir ürək, bir yumruq oldular.
Türkiyədən Azərbaycandakı və Pakistandakı qardaşlarımıza salamlarımızla!” - paylaşımda qeyd edilib.
Bizim.Media


























































































