Şahbaz Şərif: “Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim”

Hazırda oxunan: Şahbaz Şərif: “Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim”

579602

“Tarixi Vətən müharibəsi zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bakının möhtəşəm Zəfər Paradına şahidlik etmək böyük şərəf idi. Bu parad Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirdi”

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" hesabındakı paylaşım edib.

“Pakistan Ordusunun kontingentinin Azərbaycan və Türkiyə qüvvələri ilə çiyin-çiyinə addımlamasını qürurla izlədim.

Zəfər Paradının kənarında əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Tarixi, dərin köklərə malik qardaşlıq münasibətlərimizin genişləndirilməsi barədə çox səmərəli müzakirəmiz oldu”, - Şahbaz Şərif qeyd edib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin