Hakan Fidan: “Qarabağ Azərbaycandır və bu həqiqət əbədi yaşayacaq”

Hazırda oxunan: Hakan Fidan: “Qarabağ Azərbaycandır və bu həqiqət əbədi yaşayacaq”

579577

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Hakan Fidan sosial şəbəkə hesabında paylaşım edib.

“Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Qarabağın geri qaytarılmasını təmin edən tarixi mübarizənin qəhrəmanlarının, eləcə də Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsini dərin hörmətlə yad edirəm.

Qarabağ – Azərbaycandır! Bu həqiqət xalqların yaddaşında və regionun gələcəyində əbədi yaşayacaq.

Türkiyə Prezidenti ilə birlikdə Bakıda olmaqdan qürur duyuruq, qardaşlıq hissini bir daha dərin şəkildə yaşayırıq və Azərbaycan xalqının qürurunu bölüşmək bizim üçün böyük şərəfdir”, - deyə Türkiyə XİN rəhbərinin paylaşımında qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin