Türkiyə MN: “Döyüş təyyarələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək” – VİDEO

Hazırda oxunan: Türkiyə MN: “Döyüş təyyarələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək” – VİDEO

579523

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.

"5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
 

Türkiyə və Azərbaycan əbədi olaraq "Bir millət, iki dövlət" prinsipi ilə bir və bərabər olmağa davam edəcək!", - paylaşımda qeyd olunub.


Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib.

"Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək", - paylaşımda vurğulanıb.
 

 


Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin