Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar.
Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.
Qeyd edək ki, Türkiyənin hərbi rəhəbrliyi 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edəcək.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:28 / 07.11.2025
Türkiyənin milli müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO
Hazırda oxunan: Türkiyənin milli müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO
Hazırda oxunan: Türkiyənin milli müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO
579456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































