Ramil Usubov Sergey Şoyqu ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Ramil Usubov Sergey Şoyqu ilə GÖRÜŞDÜ - FOTO

579422

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2025-ci il noyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on üçüncü görüşündə iştirak edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından məlumat verilib.

“Rusiya və MDB xalqları” beynəlxalq festivalı çərçivəsində keçirilən görüşdə Müstəqil Dövlətlər Birliyi məkanında təhlükəsizliyin möhkəmləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikal ideologiyaya qarşı mübarizə, humanitar sahədə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional sabitliyin təmini məsələləri müzakirə olunub.
 

Görüşdə çıxış edən Ramil Usubov qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi, müzakirə olunan məsələlərlə bağlı ölkəmizdə görülən işlər, həmçinin Azərbaycanın Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.


Tədbir çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib.

Görüşdə regional təhlükəsizliyin təmin olunması üzrə birgə fəaliyyətlə bağlı məsələlər və hər iki ölkənin rəhbərlərinin görüşləri çərçivəsində müəyyən edilən prioritetlər nəzərə alınmaqla əməkdaşlığın perspektivləri müzakirə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin