Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü – FOTO

579276

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 6-da Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"Bu gün Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə elçisi Lord Alderdice ilə görüşməkdən məmnun oldum. Biz strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya əlaqələrimizi daha da genişləndirmək, həmçinin süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsində yaranan imkanlardan yararlanmaq yolları barədə səmərəli fikir mübadiləsi apardıq", - məlumatda qeyd olunub.

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin