Amerikalı general Bakıda - FOTO

Hazırda oxunan: Amerikalı general Bakıda - FOTO

579172

ABŞ-ın Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin