Azərbaycan ilə BP arasında enerji təchizatının təkmilləşdirilməsi müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan ilə BP arasında enerji təchizatının təkmilləşdirilməsi müzakirə edildi - FOTO

578732

Azərbaycan ilə BP enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC) çərçivəsində görüşdə aparılıb.


Məlumata əsasən, tərəflər SOCAR və BP arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivlərini vurğulayıblar.
 

Müzakirələrdə bildirilib ki, Azərbaycan enerji sektorunda innovasiyaların tətbiqinə, bərpa olunan enerji mənbələrinin inkişafına və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi önəm verir.
 

Bu baxımdan beynəlxalq tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıq enerji keçidi dövründə yeni layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır. Qeyd edək ki, ADIPEC hər il Əbu-Dabidə keçirilən qlobal enerji sənayesi tədbiridir.


Dünya üzrə aparıcı şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirərək enerji sektorunda innovativ texnologiyaların, yeni həllərin və dayanıqlı inkişaf modellərinin təqdimatına şərait yaradır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin