Ana Vətən Partiyasının növbədənkənar Qurultayının nəticəsi və sədr seçilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
Bizim.Media xəbər verir ki, bu barədə demokrat.az-a partiya sədri postuna namizəd Elçin Ağamalı özü bildirib.
O deyib ki, Ana Vətən Partiyasının növbədənkənar Qurultayının protokolu, digər sənədləri və videoçəkilişlər bu gün Ədliyyə Nazirliyinə təqdim edilib:
“Azərbaycan ədliyyəsinin ədalətli qərarına güvənir və məsələyə obyektiv qiymət veriləcəyinə inanırıq”.
Elçin Ağamalı qeyd edib ki, nazirliyə müraciəti barədə atası Fəzail Ağamalı ilə danışığı olmayıb:
“Fəzail Ağamalıya ayrıca məlumat verməmişəm, amma mətbuatdan bilirdi ki, sənədləri təqdim edəcəyik”.
Bacısı, deputat Günay Ağamalının prosesə maneə törədə biləcəyi ehtimalı barədə isə Elçin Ağamalı bunları deyib:
“Gələcək addımlarla bağlı bir şey demək istəmirəm, Ədliyyə Nazirliyinin qərarının gözləyəcəyik. Prosesləri qabaqlamaq istəməzdim. Qərardan sonra digər addımları düşünəcəyik”.
Növbəti parlament seçkilərində namizəd olub-olmayacağı barədə suala Elçin Ağamalı belə cavab verib:
"Hələ parlament seçkilərinə 4 il var. Onunla bağlı nəsə demək olduqca çətindir.
Seçkilər öncəsi bu barədə qərar vermək olar. Hələ vaxt var, indidən nəsə desəm, qeyri-ciddi olar".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:08 / 03.11.2025
Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA
Hazırda oxunan: Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA
Hazırda oxunan: Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA
578693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































