Qazaxıstanın Azərbaycandakı səfiri təltif edildi – FOTO

Hazırda oxunan: Qazaxıstanın Azərbaycandakı səfiri təltif edildi – FOTO

578664

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkənin Azərbaycandakı səfiri Alim Bayeli "Hörmət" ordeni ilə təltif edib.

Bu barədə Bizim.Media-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Alim Bayelə həmin dövlət mükafatını Qazaxıstanın xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.

XİN başçısı təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və sıx əməkdaşlıqdan danışıb.
 

Alim Bayel, öz növbəsində, Qazaxıstanın Azərbaycandakı səfirliyinin ölkəsinin xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.


Eyni zamanda, xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da "Hörmət" ordeni ilə təltif olunub. O, AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin