Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü – FOTO

578181

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
 

Nazirlər Azərbaycan və Macarıstan arasında siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli əməkdaşlığın cari gündəliyi üzrə fikir mübadiləsi aparıblar.


Görüş zamanı həmçinin regional proseslər müzakirə olunub və dost ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair qarşılıqlı sadiqlik bir daha təsdiqlənib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin