Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

578095

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Ərdoğan rəsmi X hesabında paylaşım edib.

"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm.
 

Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - Türkiyə lideri qeyd edib.


Paylaşımda yer alan fotoda təşəkkür ünvanlanan ölkələrlə yanaşı, Azərbaycan Respublikasının bayrağı da əks olunub.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin