Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Yusuf Reza Gilani deyib.
Senat sədri bildirib ki, Pakistan 8 noyabrda keçiriləcək Zəfər paradında ən yüksək səviyyədə iştirak edəcək.
"Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur", - o qeyd edib.
Bizim.Media
































































































