Dmitri Peskov jurnalistlərə Bakı və Moskva arasında hazırkı dialoqun vəziyyəti haqqında məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yayıb.
Onun sözlərinə görə, Kreml Düşənbədə keçirilən İlham Əliyev–Putin görüşünün nəticələrini yüksək qiymətləndirir.
“Ölkələr müxtəlif səviyyələrdə gərgin və diqqətli iş aparırlar,” – deyə Putinin mətbuat katibi əlavə edib.
İki ölkənin liderləri, həmçinin Bakıda narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunaraq həbs edilən rusiyalıların vəziyyətini də müzakirə ediblər.
Lakin Peskov bu müzakirələrin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, ötən gün məhkəmə həmin rusiyalıların həbs müddətini daha 3 ay uzadıb və onlar bu müddət ərzində həbsdə qalacaqlar.
Bizim.Media




























































































