ABŞ Dövlət Departamentindən TRİPP marşrutu ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: ABŞ Dövlət Departamentindən TRİPP marşrutu ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

577809

“Birləşmiş Ştatlar 8 avqust tarixində imzalanmış tarixi birgə bəyanat və Anlaşma Memorandumlarının həyata keçirilməsinə sadiqdir və bunun üçün hər iki hökumətlə ilin sonunadək ilk işçi qruplarının fəaliyyətə başlamasını təmin edəcək”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentindən verilən açıqlamada qeyd edilib ki, ABŞ Azərbaycanın Ermənistana yönəlmiş yüklərin tranzitinə icazə verməsini alqışlayır.

Həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə işlər aparılır:

“Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında sərhədin delimitasiyası, minatəmizləmə və TRIPP çərçivəsində infrastrukturun inkişafı ilə bağlı son substantiv müzakirələri alqışlayırıq.
 

Həmçinin Azərbaycanın Ermənistana yönəlmiş yüklərin tranzitinə imkan vermək barədə son qərarını, eləcə də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşünü müsbət qiymətləndiririk.


Birləşmiş Ştatların rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə yanaşı, özəl investisiyaların cəlb olunmasına və Ermənistan, Azərbaycan və daha geniş region üçün yeni bir rifah mərhələsinin başlanmasına xidmət edəcək”.

Dövlət Departamentindən həmçinin bildirilib ki, ABŞ-Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün də işlər davam etdirilir:

“ABŞ-Azərbaycan strateji işçi qrupunun Nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahəsində əməkdaşlığımızı irəli aparmaq məqsədilə ilk dəfə olaraq ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığının əsasını qoyacaq”, - deyə ABŞ Dövlət Departamentindən bildirilib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin