Xarici parlamentarilər Milli Məclisdə - Konstitusiya ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR

Hazırda oxunan: Xarici parlamentarilər Milli Məclisdə - Konstitusiya ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR

577772

Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilir.

Bizim.Media xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.
 

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edir.


Qonaqlar arasında Pakistan Senatının sədri Syed Yusuf Rza Gilani, Belarus Milli Assambleyasının Respublika şurası sədr müavini Valdislav Tatarinoviç, Tacikistan parlamentinin nümayəndələr palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, Kamboca parlament sədrinin müavini Sot Vonq və beynəlxalq parlament konfransının digər iştirakçıları var.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin