Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra diplomatik təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Bizim.Media geri çağırılan və yeni təyin olunan səfirlərin siyahısını təqdim edir:
Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Onun yerinə Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Seymur Həbib oğlu Fətəliyev təyin edilib.
Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, digər sərəncamla Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və İordaniyaya səfir təyin edilib.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Taleh Balaşirin oğlu Zöhrabov Azərbaycanın Təbriz şəhərindəki yeni baş konsulu təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:12 / 27.10.2025
Bu gün geri çağırılan və yeni təyin olunan SƏFİRLƏRİMİZ – SİYAHI
Hazırda oxunan: Bu gün geri çağırılan və yeni təyin olunan SƏFİRLƏRİMİZ – SİYAHI
Hazırda oxunan: Bu gün geri çağırılan və yeni təyin olunan SƏFİRLƏRİMİZ – SİYAHI
577491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































