YAP-çı deputatdan Əli Kərimli haqqında məqaləni bəyənməsi ilə bağlı AÇIQLAMA – ÖZƏL – FOTO

Hazırda oxunan: YAP-çı deputatdan Əli Kərimli haqqında məqaləni bəyənməsi ilə bağlı AÇIQLAMA – ÖZƏL – FOTO

577406

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni bəyənməsi ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


“Bu, qeyri-mümkün olan məsələdir. Bizim sosial şəbəkəmiz köməkçilərimiz tərəfindən də işlədilir. Orada bəlkə mexaniki nəsə ola bilər. Bu olubsa da, mənə qarşı təxribatdır”, - deyə Müşfiq Məmmədli qeyd edib.

O, təmsil etdiyi hakim partiyanın siyasətini dəstəklədiyini bildirib:

“Belə bir şey mümkün deyil, bu, feyk xəbərdir. Əli Kərimli kimi Azərbaycan dövlətini uçuruma aparmış siyasi xətt tərəfdarlarının bütün əməllərini Yeni Azərbaycan Partiyasını təmsil edən şəxs kimi qəti şəkildə qınayıram və Azərbaycanı uçuruma aparan vətən xainlərinin hansısa statsusuna layk etməyim qeyri-mümkündür.

Azərbaycanda Ulu Öndərin və cənab Prezident İlham Əliyevin siyasətinin alternativi yoxdur. YAP təmsilçisi kimi bir daha bəyan edirəm ki, bu cür ölkəsini, xalqını bütün dünyada biabır etmiş siyasətə haqq qazandırmaq olmaz. Onlar ifşa olunmalıdır və ifşa da olunacaq".

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb.

Maraqlı olan isə AXCP sədri haqda məqalənin yazılması və ya sosial şəbəkədə paylaşımı deyil, Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin bu paylaşıma reaksiyasıdır. Belə ki, deputat F. Qəhrəmanlının Ə. Kərimli ilə bağlı paylaşımını bəyənib və bu izləyicilərdə təəccüb yaradıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin