Türkiyəli ekspert: Zəngəzur dəhlizi Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişə bilər

Hazırda oxunan: Türkiyəli ekspert: Zəngəzur dəhlizi Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişə bilər

577273

Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirmək potensialına malikdir. Bu, yüklərin çatdırılma məsafələrinin və müddətlərinin azaldılması, nəticədə Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsinin davamlılığı hesabına Orta dəhlizin səmərəliliyinin artırılması sayəsində mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyə İqtisadi Tədqiqatlar Fondunun (TEPAV) Ankarada yerləşən Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru Hilmi Demirə məxsusdur.
 

“Zəngəzur dəhlizinin strateji arxitekturası” sərlövhəli məqalədə institutun rəhbəri qeyd edir ki, yeni marşrut ölkə iqtisadiyyatının qeyri-neft sektorunun gələcək inkişafına töhfə verməklə Azərbaycanın tranzit mərkəz kimi rolunu gücləndirəcək.


“Türkiyə üçün Zəngəzur dəhlizi Şərqi Anadolu əyalətlərinin iqtisadiyyatının inkişafının stimullaşdırılması, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında mal təchizatı zəncirlərinin çevikliyinin təmin edilməsi deməkdir. Nəhayət, Ermənistan üçün yeni marşrut həm Şərqlə, həm də Qərblə balanslaşdırılmış inteqrasiya üçün fürsət olacaq, həmçinin logistika xidmətlərindən gəlirləri artıracaq”, - deyə Ankara analitik mərkəzinin rəhbəri bildirib.
 

O qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yeni marşrut region ölkələrinin yaxınlaşması və qarşılıqlı inteqrasiyası amilinə çevriləcək və bu, heç bir dövlətə qarşı hədəflənməyib.


“Zəngəzur dəhlizi regionda etimad mühitinin möhkəmlənməsinə güclü təkan verə, rifah və mədəniyyətlərarası dialoq üçün təkan ola bilər”, - deyə H.Demir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin