Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı mühüm tarixi faktları ictimaiyyətin diqqətinə çatdırıb.
Bizim.Media xəbər verir ki, millət vəkili özünün “facebook” hesabından yazdığı statusda ermənilərin Qafqazın “köklü xalqı” olduğu iddialarının əsassızlığını sübuta yetirib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada Njdeyə həsr olunan film nümayiş olunacaq
Belə ki, deputat çar generalı Yermolov haqqında yazılan kitabda əks olunan faktlar əsasında 19-cu əsrin əvvəllərində Qafqazda olan sosial-siyasi situasiya haqqında fikirlərini bölüşüb:
“Moskvanın “Sentrpoliqraf” nəşriyyatı 2021-ci ildə Mixail Paqodinin "General Yermolov" adlı kitabını nəşr etmişdir. Kitabda Cənubi Qafqaz və İran türklərinin, bütövlükdə Qafqaz xalqlarının taleyində faciəli rol oynamış işğalçı generalın demək olar ki, bütün həyat yolu gözdən keçirilir. Rusiyanın İrandakı səfiri kimi yazdığı gündəlikıər, Qafqaz valisi olaraq Azərbaycan xanları ilə keçirdiyi görüşlər, gördüyü işlər, Çeçenistan və Dağıstan savaşları, məktubları XİX əsrdə Rusiyada və Qafqazda baş verən ictimai-siyasi hadisələr haqqında müəyyən təsəvvür yaradır”.
Sabir Rüstəmxanlı Yermolovun Azərbaycandakı fəaliyyəti dönəmində keçirdiyi görüşlərlə bağlı mühüm bir detalı diqqətə çatdırıb:
“Kitabın sonunda Adolf Berjenin “A.P. Yermolovun İranda səfirliyi”, Yermolov haqqına Denis Davudovun topladığı lətifələr də yer alıb. Məqsədim bu kitab haqqında geniş danışmaq, Yermolovun Qafqaz və İran xalqlarına imperiya lovğalığı ilə yekəxana münasibətini təhlil etmək deyil. Məqsədim Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra bizim taleyimizdə nə qədər amansız rol oynadığını bir daha diqqətə çatdırmaqdır.
Yermolov Quba, Şirvan, Şəki, Qarabağ, Talış, İravan, Naxçıvan xanlıqlarını və Cənubi Azərbaycan bölgələrini gəzir, Şuşaya gedir, evlərdə qonaq olur, çoxlu tarixi şəxsiyyətlə, sadə insanlarla görüşür...Onların arasında bircə nəfər də erməni yoxdur.
Bəlli olur ki, Cənubi Qafqazda Eçmiədzin rahibindən başqa erməni yoxdur. Bu kitab XIX yüzilin əvvəllərində Cənubi Qafqazın ermənisiz etnik xəritəsini göstərdiyinə görə tarixçilərimiz və siyasətçilərimiz üçün maraqlı mənbədir”.
Bizim.Media