Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folkloru” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belorusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Tədbirdə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və digərləri çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.





























































































