Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşü yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri yayıb.
“Bu görüşün təşkilinə görə koordinatora çox minnətdaram,” – deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Simonyan qeyd edib ki, o və azərbaycanlı həmkarı cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayış və qarşılıqlı addımlar atılması məsuliyyətini öz üzərlərinə götürməyin vacibliyi barədə qarşılıqlı anlayışa gəliblər.
“Qeyd etmək istəyirəm ki, mənim həmkarım da bu anlayışı bölüşür. Görüş çox pozitiv və səmimi keçdi,” – deyə Simonyan əlavə edib.
Ermənistan və Azərbaycan parlament sədrləri həmçinin bu addımların mümkün qədər tez atılmalı olduğu barədə razılığa gəliblər.
Qeyd edək ki, parlament sədrlərinin görüşü dünən Cenevrədə, Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.
Bizim.Media