“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qanunu təsdiqləyib.
Eyni zamanda, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və medalın təsviri təsdiq edilib.
Həmçinin Prezident İlham Əliyev Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmanla müəyyən olunub ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nəzərdə tutulur, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:32 / 22.10.2025
Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı TƏSİS EDİLDİ
Hazırda oxunan: Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı TƏSİS EDİLDİ
Hazırda oxunan: Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı TƏSİS EDİLDİ
576616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.