Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınacağı marşrut barədə ətraflı məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkələrdə paylaşım edib.
“Yaxın vaxtlarda Qazaxıstandan ilk taxıl partiyası Aktau–Bakı dəmir yolu ilə, oradan isə Azərbaycan–Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana çatdırılacaq. Sülh bərpa olunub”, – deyə nazir bildirib.
Xatırladaq ki, Azərbaycan Ermənistanın işğal dövründən mövcud olan bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında deyib:
“Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə qoyulmuş, işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yükü Qazaxıstan taxılının Ermənistana daşınması oldu. Düşünürəm ki, bu, Azərbaycanla Ermənistan arasında sülhün artıq təkcə kağız üzərində deyil, həm də praktik müstəvidə mövcud olduğunun yaxşı göstəricisidir”, – dövlət başçısı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:04 / 21.10.2025
Gevorq Papoyan: “Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınacaq”
Hazırda oxunan: Gevorq Papoyan: “Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınacaq”
Hazırda oxunan: Gevorq Papoyan: “Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınacaq”
576439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.