"AŞPA-da Azərbaycana açıq-aşkar birtərəfli yanaşma görürəm".
Bizim.Media “report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.
"Mən bu mətnin Azərbaycana dair hissəsində açıq-aşkar birtərəfli yanaşma görürəm. Qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir.
AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamalıdır. Rusiya Prezidenti Vladimir Putin Qarabağ mübaqişəsinin həllində aktiv iştirak edib.
Mən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çünki o, ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə bilib. Buradakı bütün üzv dövlətlər Avropa Şurası qarşısında üzərlərinə götürdükləri və digər beynəlxalq öhdəlikləri yerinə yetirməlidirlər", - o deyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:21 / 28.01.2022
Rusiyanın AŞPA-dakı nümayəndəsi: “İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edib”
Hazırda oxunan: Rusiyanın AŞPA-dakı nümayəndəsi: “İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edib”
Hazırda oxunan: Rusiyanın AŞPA-dakı nümayəndəsi: “İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edib”
57587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.