Musavat Partiyasının qurultayından sonra tərəflər
bir-birini sərt şəkildə ittiham etməyə başladılar. Qubad İbadoğlunun tərəfdarları
açıq şəkildə İsa Qəmbəri seçkini saxtalaşdırmaqda ittiham edir, Arif Hacılının
tərəfdarları isə qarşı tərəfi hakimiyyətlə işbirliyində suçlayır. Bəs, görəsən,
həmişə Müsavat haqqında qeyri-adi analizləriylə gündəm yaradan eks-spiker Rəsul
Quliyev bu barədə nə düşünür?
Moderator.az-ın bu sualını cavablandıran eks-spikerin fikirlərini təqdim
edirik:
“Bu barədə mən Musavatın qurultayı iclasına yekun vurandan 2 saat sonra fikirlərimi söyləmişəm. Onda nəinki polyarlaşma prosesi başlamamışdı, əksinə müəyyən pozitiv enerji hökm sürürdü. İsti-isti heç güllə yarası da ağrı vermir, ancaq üstündən bir qədər keçəndən sonra yara özünü hiss etdirməyə başlayır. Necə ki, səhərisi gün qurultay nümayəndələri və ümumiyyətlə müsavatçılar törətditləri əməllərinə qiymət verəndə buraxdıqları səhvlərin ağırlığını hiss etdilər.
Musavat partiyası yarandığından bu günə qədər çoxsaylı ağır və ya yüngül nəticələrlə qurtaran səhvlərə yol verib. Həmçinin bu partiyanın banisi, əsas lideri M.Rəsulzadənində buraxdığı fəlakətli səhvlər kifayət qədərdir. Ancaq bu gün Musavatın buraxdığı səhv indiyə qədər buraxılmış heç bir səhvlə müqayisə olunmazdır. Bu gün 2014 ”“cü ilin sentyabrında nə 1918 aprel- may, nə 1920-ci il yanvar-aprel aylarındakı, nə də 1933-1945-ci illərdəki kimi baş çıxarılması mümkün olmayan mürəkkəb hadisələr baş vermir və Musavatın buraxdığı səhvi anlamaq mümkün deyil.
Mənim baş
vermiş hadisəyə münasibətim partiyanın ailə podratının yeni sədrinin xoşum gəlmir,
ona görə də düşüncələrimi qərəzli fikirlər konteksində camaata sırımağa
çalışır. Ancaq bu, sözsüz belə deyildir. Bu günə qədər mənim mübarizəmin ancaq
bir ana xətti var; Azərbaycanın gələcəyi ancaq demokratiyadadır, bu prosesin
qarşısını bilərəkdən və ya bilmərəkdən alanlar, zəiflədənlər xalqa xidmət
etmirlər.
Bu günə qədər
yazdığım əsərlər, verdiyim müsahibələrin hamısı buna həsr edilib. Hansı cəbhədə
olmasından asılı olmayaraq heç bir liderlə heç bir şəxsi qərəzçiliyim yoxdur,
ola da bilməz, çünki şəxsi qərəzçiliyi orta əsrlərdən qalma neqativ keyfiyyət
hesab edirəm.
1993-cü ildən
bu günə qədər, Musavat partiyasının keçmiş başqanı ilə birlikdə, Azərbaycanda
demokratiyanın bərpa olunması üçün real heç bir iş görməyib , əksinə olan-qalan
mövqeyini də itirilib - reallıq budur, ailə podratının “biz ömrümüzü demokratiya
uğrynda mübarizəyə həsr etmişik” kimi
demoqoqik şüarları yox.
Əvvəlcədən onu demək istəyirəm ki, demokratiya
uğrunda mübarizə aparmaq deyilən bir peşə heç yerdə və heç vaxt olmayıb. “Mənim
peşəm demokratiya uğrunda mübarizə aparmaq peşəsidir"- demək işsiz, boş-boşuna
veyllənmək və boş-boş danışmaq deməkdir. Rejimə qarşı mübarizə aparmaq peşəsi
ola bilər və çox ölkələrdə olub. Bu, ancaq bütün atributları ilə diktatura
hesab edilən və azad sözün qadağan edildiyi ölkələrdə olur-qeyri-leqal təşkilatlar
və gizli mətbuat şəkilində. Həmin peşənin də adı inqilabçılıqdır.
Musavatın bu günkü vəziyyətə düşməsinin səbəblərinə
gəlincə, ölkədə 2003-cü il prezident seçkisindən sonra istefa verməyən köhnə
başqana münasibət dəyişdi və bu münasibət 2010-cu ildən etibarən neqativ
istiqamətdə inkişaf etdi. Bir sözlə artıq musavatçılar apardıqları mübarizənin
köhnə başqanla nəticə verəcəyinə inanmırdılar və yenilik, daha doğrusu, yeni
başqan görmək istəyirdilər. Nəticədə köhnə başqanın deformasiya olunmuş gölgəsini
aldılar.
Bu gün-
prezident seçkisinə 4 ildən çox müddət qalmış bir zamanda prezidentliyə namizəd
təyin edən və yeni başqanı çox cəhətdən
primitiv təsir bağışlayan bir partiyaya camaat inanarmı?- heç vaxt. Musavatın
keçmiş başqanının istənilən bir namizədi dəstəkləmək haqqı var, daha doğrusu, dəstəkləməsi
məqsədəuyğundur. Ancaq bunu açıq elan etmək lazımdır. Özü də hansı səbəbdən, hansı
keyfiyyətlərinə görə dəstəklədiyini izah etməlidir. Belə hərəkət daha obyektiv
olardı və mərd addım hesab edilə bilərdi. Bu işi gizli görmək, ayrı-ayrı
adamlarla xəlvəti söhbətlər aparmaq (özü də öz partiyasının daxilində) heç bir əndazəyə
sığmır. Bu tip insanlarla eyni partiyada olub birlikdə nəfəs almaq bir çoxları
üçün problemə çevriləcək.
Həm camaat,
həm başqa partiyalar, həm də müsavatçıların əksəriyyətinin dəstəklidiyi adam
Qubad İbadoğlu idi. Qurultay nümayəndələri adı altında ətrafına səsverən
toplamaq, özünün ”˜”™böyüyə”™”™ qulaq asan görtüntüsünü yaratmaq və başqan elan etməklə partiyanı zəiflətməkdən, parçalamaqdan başqa
nəyə nail ola bilərsən?
Mən Azərbaycanın
1992-93 Xalq cəbhəsi hökümətinin iflasının bu cəbhə yaranmamışdan əvvəl
başladığını analiz etməyə çalışıram, artıq analizin 2 hissəsi oxuculararın nəzərinə
çatdırılıb və yaxın vaxtlarda 3,4 ”“cü hissələrdə təqdim olunacaq.
Keçmiş
tarixini tənqidi təhlil edə bilməyən xalqın parlaq gələcəyi ola bilməz. Özünü
,partiyasını, xalqı yalandan qəhrəman etməyə cəhd edənlər ancaq və ancaq
xalqını əbədi sürünməyə sürükləyirlər. Cırtdan siyasətçilərlə ölkədə
demokratiyanın qələbəsinə nail olmaq mümkün deyil. Musavatın son seçimi bu
tezisin mütləq mənada düzgün olduğunu bir daha təsdiqləyir”.

































































































