İsrailin saxladığı üç türkiyəli deputat Azərbaycana gətirilir - FOTO

Hazırda oxunan: İsrailin saxladığı üç türkiyəli deputat Azərbaycana gətirilir - FOTO

574372

Azadlıq Donanmasında saxlanılan 3 türk millət vəkili Türkiyəyə qayıtmaq üçün təyyarə ilə Azərbaycana yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli öz "X" hesabında məlumat verib.

"İsrail tərəfindən saxlanılan üç millət vəkilimiz Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüb. Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtmasını təşkil etmək üçün səylərimizi davam etdiririk.

Bu uçuş uğurlu olarsa, qeyd olunan səfərlə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini gözləyirik", - deyə o paylaşımda bildirib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin