Ana Vətən Partiyası Fransaya qarşı etiraz bəyanatı yaydı

Hazırda oxunan: Ana Vətən Partiyası Fransaya qarşı etiraz bəyanatı yaydı

574243
Ana Vətən Partiyası Fransanın Azərbaycana qarşı yönəlmiş qərəzli siyasətinə qarşı etiraz bəyanatı yayıb.
 
Moderator.az bəyanatı təqdim edir:
 
"Fransa Azərbaycana qarşı məkrli, qərəzli və böhtan xarakterli siyasətini davam etdirməkdədir. Fransa senatının ardınca Parlamentin aşağı palatasının da eyni məzmun, eyni mahiyyət daşıyan qətnaməni qəbul etməsi bütövlükdə Fransa siyasi və hakim dairələrinin Azərbaycana qarşı düşmən münasibətini açıq şəkildə göstərməkdədir.
 
Bu qətnamələrdən çıxarılan nəticə həm də ondan ibarətdir ki, Fransa bir qayda olaraq bu gün də erməni lobbisinin təsiri altındadır və Fransa dövləti, xüsusi olaraq onun prezidenti Makron və komandası erməni diasporunun  girovuna çevriliblər. Fransa hakim dairələrinin və siyasi elitasının beynəlxalq hüquq normalarını pozması, həqiqəti ayaqlar altına atması, təcavüzkar, vandal, faşist mahiyyəti daşıyan Ermənistanı ardıcıl olaraq müdafiə etməsi göstərir ki, o da Ermənistan qədər düşüncə və əməl sahibidir.
 
Ana Vətən Partiyası bir daha Fransa hakim dairələrini və hər iki palatanın Azərbaycana qarşı yönəlmiş qərəzli siyasətinə qarşı qəti etirazını bildirir və bütün bu böhtanları rədd edir. 
 
Qətnamədə öz əksini tapan müddəaların Azərbaycana qarşı böhtan olduğunu önə çəkir və Azərbaycanın müvafiq qurumlarını Fransa ilə münasibətlərə yenidən baxılmasına bir daha çağırış edir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin