“Tehran anlayır ki, Azərbaycansız mümkün deyil” – Fikrət Sadıxovun ŞƏRHİ

Hazırda oxunan: “Tehran anlayır ki, Azərbaycansız mümkün deyil” – Fikrət Sadıxovun ŞƏRHİ

57236

“Böyük siyasətdə bəzi dövlətlərin daimi prioritetləri olmur. Həmin ölkələr vaxtaşırı bu prioritetləri dəyişirlər”, - sözləri ilə İranın Azərbaycanla sıx əməkdaşlıq müstəvisinə keçidi haqqında şərhinə başlayan Fikrət Sadıxov sözügedən prioritetlərin müəyyən dəyişiklik kontekstində fərqli məcra alma mümkünlüyündən bəhs edib:

“Söhbət ondan gedir ki, Azərbaycan qələbə çalan ölkədir. İranda başa düşdülər ki, Azərbaycan öz maraqları çərçivəsində bütün məsələlərin həllinə nail ola bilir”.

Bizim.Media-ya danışan politoloq bildirib ki, İran Azərbaycanın güclü bir oyunçuya çevrildiyini görməzdən gələ bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin iranlı nazirlə görüşdə verdiyi MÜHÜM MESAJLAR: “Zəngəzur dəhlizi ilə bağlı müsbət xəbərlər alırıq”


“Və bu güclü oyunçunun arxasında Türkiyə dayanıb. Eyni zamanda, Rusiya ilə Azərbaycanın strateji münasibətləri də kifayət qədər normaldır, yaxşıdır. Təbii ki, bunu müşahidə edən Tehran anlayır ki, Azərbaycanla əməkdaşlıq etmək və bir sıra məsələlərdə birgə layihələri həyata keçirtmək İran üçün faydalıdır”, - deyə Fikrət Sadıxov fikrini tamamlayıb.

Sonda qeyd edək ki, 2021-ci ildə İranla bağlı ən çox yayılan siyasi proqnozlar İslam Respublikasının 4 dövlətə parçalanması olub. Həmçinin nüvə ilə  bağlı İranın ABŞ-la müəyyən dialoquna baxmayaraq Qərbin bu ölkəyə yeni sanksiyalar hədəfləyəcəyi də istisna olunmur.

Yəni qlobal dünyada təklənən İran siyasi-iqtisadi tələbatlarını regional əməkdaşlıqların hesabına ödəməlidir.

44 günlük savaşdan sonra Bakının yeni geosiyasi reallıqlar yaratdığı məlum ikən və əsas iqtisadi layihələrin Zəngəzura kökləndiyini görməyə başlayan İranın yeganə çıxış yolu Azərbaycandan keçir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin