Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yubiley, 20-ci iclasının keçirilməsi planlaşdırılır.
Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Bu komissiya çərçivəsində iqtisadi sektorun bir sıra məsələlərini nəzərdən keçirmək planlaşdırılır", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan siyasi təmasları inkişaf etdirməyi, hökumətlərarası komissiyanın iclasınıı, müxtəlif forumları keçirməyi, eləcə də siyasi əməkdaşlığın 30 illiyini qeyd etməyi planlaşdırır.
"Bizim bu hadisə ilə əlaqədar tədbirlər planımız var, yüksək səviyyədə görüşlərin təşkil edilməsi planlaşdırılır. Regionda vəziyyətin normallaşması üçün müxtəlif formatlarda işlər davam etdirilir. İqtisadi baxımdan artıq mövcud olan yol xəritələrinin inkişafı davam etdiriləcək. Ümumilikdə, bizim planlarımız irimiqyaslıdır və 2022-ci ildə biz irəli iri addımlar atacağıq", - deyə səfir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:13 / 26.01.2022
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Hazırda oxunan: Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Hazırda oxunan: Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
57204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.