İntiqam Əliyevin 4 vəkilindən üçü onun müdafiəsindən kənarlaşdırılıb

Hazırda oxunan: İntiqam Əliyevin 4 vəkilindən üçü onun müdafiəsindən kənarlaşdırılıb

56851
Hüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü ”“ Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb. Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.

Ə.Həsənov "Turan"-a bildirib ki, bu işə heç bir aidiyyatı yoxdur və şahid kimi keçməsinin səbəblərini bilmir.

“Mən hələ qərarı almamışam və hansı əsaslarla kənarlaşdırıldığımı bilmirəm. Qərarı aldıqdan sonra məhkəməyə şikayət edəcəm”, - o vurğulayıb.

“Bu oyunda məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, onun müdafiəsini zəiflətməkdir”, - öz növbəsində A.Qasımlı bildirib.

Hazırda İ.Əliyevin bir vəkili qalır ”“ Cavad Cavadov.

Xatırladaq ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin