“Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə mənə tələbat var idi, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyimi bildirən kimi maraq azalıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri müxalifətçi azərbaycanlı jurnalist Xədicə İsmayılova almandilli “Zenit” jurnalına müsahibəsində səsləndirib.
"Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bunu əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.
Xədicə İsmayılova qeyd edib ki, “kiməsə xoş gəlmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağla bağlı dediklərindən imtina etməyəcək:
"İroniya odur ki, Qərbdə heç kim Azərbaycanın mövqeyini müdafiə etmək üçün səsini ucaltmır”.
Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub.
“Bizə sülhü müdafiə edən daha çox sənətçi lazımdır, amma biz bunu yalnız bir Azərbaycan tərəfdən gözləyə bilmərik”, - İsmayılova əminliklə bildirib.
Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəy olduğunu bir daha xatırladıb.
"Nənəmin atası 1918-ci ildə, doğulduqdan bir həftə sonra Şamaxı yaxınlığında erməni daşnakları tərəfindən öldürüldü. Nənəmin ermənilərə nifrət etmək üçün hər cür əsası var idi. Amma o, bunu etmədi. Yalnız 1980-ci illərdə Qarabağ münaqişəsi başlayanda o, bizə öz hekayəsini danışdı və belə dedi: “Nifrət gəlir və gedir, amma siz yenidən birlikdə yaşamalısınız, ona görə də bir-birinizə pislik etməyin”, deyə o yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:00 / 23.01.2022
Xədicə İsmayılovadan AÇIQLAMA: "Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirəm"
Hazırda oxunan: Xədicə İsmayılovadan AÇIQLAMA: "Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirəm"
Hazırda oxunan: Xədicə İsmayılovadan AÇIQLAMA: "Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirəm"
56755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.