Rəisi Moskvada hansı niyyətlə NAMAZ qılıb? – “Zəngəzur məsələsini...”

Hazırda oxunan: Rəisi Moskvada hansı niyyətlə NAMAZ qılıb? – “Zəngəzur məsələsini...”

56458

İran Prezidenti İbrahim Rəisi Moskvada namaz qılmaqla dayanmayıb. Belə ki, onun Rusiya paytaxtından səsləndirdiyi bəzi bəyanatlar Azərbaycanda birmənalı qarşılanmayıb.

Açqlamalarının birində Rəisi Cənubi Qafqazda sərhəd dəyişikliklərinin mümkün olmadığını və buna şərait yaradan layihələrə icazə verilməyəcəyini özündə ehtiva edən ifadələr işlədib. İlk ağıla gələn isə İranın Zəngəzur dəhlizinə maneəsidir.

“Rəisi o məsələləri həll eləmir ki” deyən politoloq Qabil Hüseynli Zəngəzur dəhlizinin açılmasında İranın rolunun olmadığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəisi Putinlə görüşdə Azərbaycanı HƏDƏFƏ ALDI: Köhnə iddiaları təkrarladı


Bizim.Media ilə söhbət zamanı eks dövlət müşaviri bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabad sammitində (2021 28 noyabr) İran Prezidenti Zəngəzur dəhlizinə razılığını dilə gətirib.

İbrahim Rəisinin 19 yanvar 2022-ci il tarixində Moskvada dedikləri isə hər hansı hüquqi məsuliyyət yaratmır:

“Ermənistan artıq Mehri koridorunu tikməyə başlayıb. Vəsait əldə olunub, işçi qrupu yaradılıb. Həmçinin Zəngəzur dəhlizini ilk dəstəkləyənlərdən biri də Putindir. Elə Zəngəzur dəmiryol xəttinin çəkilməsində ən çox maraqlı olan da Rusiyadır. Yəni, Zəngəzur koridoru gündəmdə olan və həllini tapmış məsələdir. Moderatorluğu da birbaşa Rusiya lideri Putin edir”. 

Burdan belə nəticəyə gəlmək olar ki, Moskvada ibadət niyyəti, dua hədəfləri yalnız Allaha və Xomeneiyə məlum olan Rəisinin Zəngəzur iddiaları mənasızdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin