Britaniyalı səfir: “Biz Azərbaycanın prioritetlərini dəstəkləyirik” 

Hazırda oxunan: Britaniyalı səfir: “Biz Azərbaycanın prioritetlərini dəstəkləyirik” 

56451

“Biz silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabından bildirib. 

Belə ki, Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib. 

“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır", - Ceyms Şarp qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin