Tofiq Zülfüqarovdan Mariya Zaxarovaya CAVAB: “Sülhməramlılar sərhədçi və gömrükçülük edə bilməz”

Hazırda oxunan: Tofiq Zülfüqarovdan Mariya Zaxarovaya CAVAB: “Sülhməramlılar sərhədçi və gömrükçülük edə bilməz”

56441

“M.Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə görə, sülhməramlı əməliyyatlar missiyanı qəbul edən ölkənin suverenliyinin məhdudlaşdırılmasını nəzərdə tutmur. Bu o deməkdir ki, ölkəmizin dövlət sərhədinin və iqtisadi məkanın mühafizəsini tənzimləyən qanunları sülhməramlı qüvvələrə verilə bilməz”.

Bizim.Media sualına belə cavab verən eks xarici işlər naziri Tofiq Zülfüqarov bu haqda özünün “Facebook” profilində də yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Putin İlham Əliyevin Kiyevə son səfərini onunla ətraflı müzakirə edib”


Tofiq Zlüfüqarov sülhməramlıların vəzifələrini yadlarına salıb:

“Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır. BU QƏDƏR! Beləliklə, “Madam Pekresin rus kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna ziddir. Əgər kimsə Fransada keçiriləcək prezident seçkilərinə təsir etmək istəyirsə, qoy bunu bizim suveren hüquqlarımızı pozmaq hesabına etməsin!”.

Qeyd edək ki, gün ərzində Tofiq Zülfüqarovun mövzu ilə bağlı daha geniş açıqlamasını bölüşəcəyik.

Çünki eks xarici işlər naziri Laçın dəhlizinin taleyi ilə bağlı da mühüm məsələlərə toxunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin