Ukraynaya hücum etmək Rusiyanın nəyinə lazımdır? - Zərdüşt Əlizadənin CAVABI

Hazırda oxunan: Ukraynaya hücum etmək Rusiyanın nəyinə lazımdır? - Zərdüşt Əlizadənin CAVABI

56424

Məncə iradəsi, əsəbləri və təxüyyülü zəif adamlar vəziyyəti düzgün qiymətləndirmirlər. Rusiya Ukraynaya hücum etməyəcək. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ilə Rusiya arasında ən yaxşı vasitəçi kim ola bilər? – Azərbaycanın TARİXİ ŞANSLARI 


Belə ki, ABŞ Prezidenti Co Baydenin Rusiyaya sanksiya təhdidlərinə münasibət bildirən politoloq, ümumiyyətlə buna ehtiyac qalmayacağına işarə edərək, müharibə variantını istisna edib.

Zərdüşt Əlizadə fikirlərini bu cür izah edib:

“Bu, Kremlə lazım deyil. Onsuz da Rusiyanın Ukraynadakı daxili vəziyyətə kifayət qədər, təsir vasitələri var. Nəyinə lazımdır, hücum etsin, dünyanı özünə qarşı qaldırsın, bədnam olsun, böyük itkilər versin. Gül kimi nəzarət edir də Ukraynadakı vəziyyətdə. Ukraynada camaat bir-birini qırır, bu özü kifayətdir də. Daxili mübarizə kifayət edir ki, Ukrayna dövləti inkişaf etməsin. Poroşenko Zelenskinin boyunu yerə soxur, Zelenski onu tutdurmağa hazırlaşır, müxtəlif oliqarx qrupları Ukraynanı yağmalayıb ciblərini doldurur. Bunlar Kreml üçün yetərlidir, oturub baxır da kənardan, nə üçün Ukraynaya ordu yeritsin?”

Politoloq, Rusiyanın Ukraynanı gərginlik altında saxlamaq üçün ordusunu sərhəd ərazilərdə təlimlərə cəlb etdiyini bildirib. 

Fikirlərinin davamında, müsahibimiz Qərbin Rusiyanın hücuma hazırlaşması ilə bağlı canfəşanlığının səbəblərini 2 nüansla əlaqələndirib:

“Qərbə bu, lazımdır. Qərbə lazımdır ki, müharibə təhlükəsi olsun. Rusiya hücum etsə idi, bu Qərbə xeyir edərdi. Müəyyən işarələrlə ağılsız rəqibi çıxılmaz vəziyyətə salmaq çox gözəl taktikadır.
 

Vaxtilə Ulduz müharibələri ideyası ilə SSRİ-ni silahlanma yarışına qoşulmağa məcbur etdilər. Nəticədə, SSRİ-ni dağıtmağa nail oldular. Eyni situasiya Əfqanıstana hücum zamanı da yaranmışdı. 


İkincisi, Ukrayna-Rusiya müharibəsi Ağ Evə Avropanın ABŞ-ın hərbi çətirinin altında toplaşması aspektindən də lazımlıdır. İndi Avropa Rusiyadan qorxmur. Bilir ki, Rusiya La-Manşa qədər tank yürüşü etməyəcək. Bu səbəbdən hərbi xərclər də azaldılır. Buna görə də, Tramp Avropanı hərbi xərcləri artırmağa çağırsa da 1-2 ölkədən başqa heç biri bunu etmədi. Vaşinqton yenə də oxşar siyasəti yürütməyə çalışır”. 

Sonda isə Zərdüşt Əlizadə Rusiyanın Ukraynaya hücumunun Kremlə heç bir siyasi gəlir gətirməyəcəyini bildirirək, müdaxilə ehtimalını istisna edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin