Qazaxıstan prezidenti: \'\'Qarabağ problemi MDB-də siyasi atmosferi zəhərləyib\'\'

Hazırda oxunan: Qazaxıstan prezidenti: \'\'Qarabağ problemi MDB-də siyasi atmosferi zəhərləyib\'\'

5617

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı saziş mövcud böhranlı vəziyyətdə yeganə doğru verilmiş qərardır”.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, bu tarixi sazişin regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcəyinə ümid etdiyini söyləyib:

“Mahiyyətcə, postsovet məkanında münaqişə ocağı söndürülüb. Hansı ki, bu münaqişə ocağı MDB-də mövcud olduğu illər boyu siyasi atmosferi zəhərləyib. Bu çətin vaxtda dövlətlərimizin sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb etməyə başlayıb.

Bəli, biz bir-birimizdən iqtisadi potensialımıza, tarixi dünya görüşümüzə görə fərqlənirik. Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, geosiyasi dünya görüşümüzə görə də bir-birimizdən fərqlənirik.

Lakin başlıcası odur ki, ölkələrimizin xalqları sülh şəraitində yaşamağı arzu edir, bir-biri ilə dostluq etmək istəyir. Bu, Birlik ölkələrinin dövlət başlılarının üzərinə böyük məsuliyyət yükü qoyur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin