Dekabrın 17-də İraqın Baş naziri Mustafa əl-Kazıminin Türkiyəyə rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Kazımi Beştəpədəki Cümhuriyyət Sarayına gəlib. Ərdoğan rəsmi qarşılama mərasimi zamanı onun köynəyinin yaxalığını səliqəyə salmağa çalışıb.
Ərdoğanın bu jesti sosial şəbəkələrdə ən çox paylaşılan videolardan olub.
Bizim.Media