Qazaxstanda baş verən son olaylar başa çatsa da onun rezonansı artıq dalğavari şəkildə bütün cəmiyyətlər və siyasi mərkəzlər tərəfindən müzakirə olunmaqdadır.
Əsas sual kimi də qoyulan problem KTMT-nin belə sürətlə suveren bir ölkənin ərazisinə girib də orada nə baş verməsindən və hadisələrin hansı məcraya daxil olmasından asılı olmayaraq qısa müddətdə ərazini tərk etməsi ilə bağlıdır. Verilən məlumatda bildirilir ki, KTMT-nin hərbi birləşmələri yanvarın 13-dən başlayaraq 19-a kimi tamamilə Qazaxstan ərazisini tərk edəcək.
Bu məsələ İTV-nin aparıcısı tanınmış ictimai-siyasi xadim Eldar Namazovun olduğu “Aydınlığa doğru” verilişində də müzakirə edilib.
MÖVZU İLƏ BAĞLI:
KTMT sülhməramlıları Qazaxıstandan 20 təyyarə ilə geri qayıtdı
Olaylar ətrafında cərəyan edən sual və fikirlərə bu dəfə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə cavab axtarılıb. Fariz İsmayılzadə KTMT-nin hansı ehtiyacdan Qazaxstana girməsindən və bu hərbi aksiyanın kimlərə ötürülmüş mesaj olduğundan danışıb.
Əslində, Qazaxstan olaylarının hansı areala qədər təsir edə biləcəyi də söhbət mövzusu olub.
Verilişin KTMT ilə bağlı hissəsini diqqətinizə təqdim edirik:
Bizim.Media