\"İraq hökümətinə türkmən nazir təyin etdiyi üçün təşəkkür edirəm\" - Ərdoğan

Hazırda oxunan: \"İraq hökümətinə türkmən nazir təyin etdiyi üçün təşəkkür edirəm\" - Ərdoğan

5561

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun dəvəti ilə Türkiyəyə gələn İraq Baş naziri Mustafa Al-Kazımi ilə görüşüb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirilib.

Ərdoğan bildirib ki, görüşdə ikitərəfli və regional məslələrin müzakirəsi edilib:

"İki qonşu ölkə olaraq münasibətlərimizi hər sahədə inkişaf etdirməliyik. İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasınada göstərdiyimiz diqqət hər kəsə məlumdur. Biz Türkmən, kürd, ərəb, şiə, sünni- bütün İraq xalqını məzhəb və etnik ayrıseçkiliyi etmədən öz qardaşlarımız kimi görürük.

İraq hökumətinin əhatəli siyasəti ilə bütün İraq xalqının əmin-amanlığının təmin olunacağına inanırıq. Baş nazir Kazıminin uzun müddət sonra İraq hökumətində yenidən türkman nazir təyin etməsi bu inancımızı möhkəmləndirib. Cənab baş nazirə millətimiz və İraq türkmanları üçün olduqca əhəmiyyətli bu qərarına görə təşəkkür edirəm”,- deyə Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin görüşdə  hər iki ölkənin düşməni olan terror təşkilatları (PKK, İŞİD və FETÖ) ilə mübarizənin davam edəcəyini qərarlaşdırdıqlarını bildirib:

"Nə Türkiyənin, nə İraqın, nə də Suriyanın gələcəyində bölücü terrora əsla yer yoxdur. Bölgəmiz terrorun başını tamam əzmədən hüzura qovuşmayacaqdır. İraqın PKK-ya qarşı keçirdiyi əməliyyatları təqdir edirik".

Mustafa Al-Kazımi isə Ərdoğana göstərdiyi diqqət və qonaqpərvərliyə görə təşəkkür edib. Bu münasibətlərin daha da inkişaf etməsi və maneələrin hər iki ölkəyə uyğun şəkildə aradan qaldırlması arzusu iləTürkiyədə olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin