Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

Hazırda oxunan: Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

55504

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da irəli sürüb.

Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var: “Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”.

Ə.Nuriyev bildirib ki, ictimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir.

“Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır.
Bu ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin