Türkiyənin Gəncədəki baş konsulu: “Qarabağa ilk səfər edən dövlət başçısı Türkiyə Prezidenti olub”

Hazırda oxunan: Türkiyənin Gəncədəki baş konsulu: “Qarabağa ilk səfər edən dövlət başçısı Türkiyə Prezidenti olub”

55482

"Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir". 

Bu sözləri Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib. 

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanla diplomatik əlaqələr quran ilk dövlət olub. Bakıda Böyükelçilik də ilk dəfə Türkiyə Cümhuriyyəti tərəfindən açılıb.

"Biz Azərbaycanla eyni dildə danışan, eyni əqidəyə mənsub, sözdə deyil, mahiyyətcə ortaq tarixi keçmişi paylaşan iki qardaş xalqıq. Bu baxımdan xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Məhz bu qardaşlıqdandır ki, prezidentlərimiz, nazirlərimiz, yüksək vəzifəli rəhbərlərimiz ilk xarici səfərlərinə Azərbaycandan başlayırlar. Bu ənənəyə uyğun olaraq təsadüfi deyil ki, Qarabağa ilk səfər edən dövlət başçısı məhz Türkiyə Cühuriyyətinin Prezidenti olub” - deyə baş konsul əlavə edib.
 

Diplomat 2021-ci il iyunun 15-də Şuşada Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları "Şuşa Bəyannaməsi” ilə əlaqələrin bütün sahələrdə, iqtisadi, ticarət, o cümlədən hərbi və müdafiə sahələrində maksimum səviyyəyə çatdırılmasını hədəfə alıb.


Baş konsul son 30 ildə birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu, TANAP kimi qlobal miqyaslı layihələr yada salaraq iki qardaş dövlət arasında bundan sonra da birgə iqtisadi əməkdaşlıq, beynəlxalq platformalarda qarşılıqlı anlaşmalar dəstəklənəcək və inkişaf etdiriləcək. Bunun üçün hər iki ölkədə güc və iradə mövcuddur.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin