Lavrovun illik hesabatından bir DETAL - "Qarabağ xaric" ifadəsi nəyə ƏSASLANIR? – N.Orduxanlının ŞƏRHİ

Hazırda oxunan: Lavrovun illik hesabatından bir DETAL - "Qarabağ xaric" ifadəsi nəyə ƏSASLANIR? – N.Orduxanlının ŞƏRHİ

55468

"Lavrovun delimitasiya ilə bağlı “Qarabağ xaric, Azərbaycan-Ermənistan sərhədlərinin nişanlanması və tanınması prosesi ola bilər” fikrini işlətməsini təəssüflə qeyd edirəm. Əslində bu, Azərbaycanın dövlət və milli maraqlarına birmənalı şəkildə ziddir".

Bu fikirləri politoloq Niyaməddin Orduxanlı Bizim.Media-ya açıqlaması zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik" - Sergey Lavrov


O, bildirib ki, Prezident İlham Əliyev hələ erməni işğalı dövründə də Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmayacağını konkret formada bəyan edib. 

Ölkə başçısı ikinci erməni dövlətinin Azərbaycan ərazisində qurulmayacağını vurğulayıb. 44 günlük savaşla Azərbaycan işğal altında plan torpaqlarını hüquqi baxımdan tamamilə azad edib.

İndi həmin torpaqların təxminən 3 faizində separatçılar məskunlaşıb ki, həmin zona rus sülhməramlılarının nəzarətindədir:

"Qarabağın dağlıq hissəsi BMT və digər bütün beynəlxalq təsisatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Ona görə də Lavrovun bu tip ifadələri qəbul edilməzdir. Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində də bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə Ermənistanla normal qonşuluq, ikitərəfli əməkdaşlığa və sülh sazişini imzalamağa hazırıq. Lakin Azərbaycanın ərazi bütövlüyü tanınmadıqca, sülh sazişindən söhbət gedə bilməz. Lavrovun dedikləri isə mümkün deyil. Kimin nə deməyindən asılı olmayaraq Azərbaycan 1 santimetr ərazisini də güzəştə getməyəcək".

Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycanın zəfərilə bitən müharibədən sonra rus sülhməramlıları, hətta Kreml ermənilərə yumşaq, kövrək bəyanatlar ünvanlayır.

Sanki Mosva bununla Ermənistan cəmiyyətində Rusiyaya qarşı yaranmış antipatiyanı, nifrət tendensiyasını aradan qaldırmağa çalışır:

"Yəni bu tip bəyanatları erməni cəmiyyəti üçün çağırış kimi də dəyərləndirmək olar. Çünki bu səviyyədən, bu məqsəddən o tərəfə keçə bilməzlər. Azərbaycan ərazisi müzakirə predmeti deyil və bunu rus, ermənilərlə yanaşı Qərb də bilir".

Niyaməddin Orduxanlı Lavrovun sözlərinə başqa ehtimal da gətirib:

"Sergey Lavrovun indiki vəziyyətdə Azərbaycana qarşı bu cür bəyanatlar verməsi təsadüfi deyil. Heç ilk də deyil. Lavrovdan Azərbaycanın dövlət maraqlarının əleyhinə yönəlik çıxışları zaman-zaman eşitmişik.


Onun ermənipərəst olmasından əlavə, səhv etmirəmsə valideynlərindən biri də ermənidir. Təbii ki, burada erməni sevgisi özünü göstərir. Lakin bu, Azərbaycana qarşı nəbz yoxlanması və ya təzyiq forması kimi də qəbul edilə bilər. Amma hazırda bunlar heç bir gücə malik deyil. Azərbaycan öz sözünü və mövqeyini ortaya qoymuş prinsipial güclü dövlətdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin