Yanvarın 14-də Prezident Vladimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.
Bizim.Media