Prezident Ermənistana 6 ay vaxt verdi – “Regiona Bakı və Ankara nəzarət edir” – Qabil Hüseynli

Hazırda oxunan: Prezident Ermənistana 6 ay vaxt verdi – “Regiona Bakı və Ankara nəzarət edir” – Qabil Hüseynli

55211

“Ölkə Prezidentinin televiziya işçiləri ilə dünənki görüşü və çıxışı hafizələrdə uzun müddət yaşayacaq. Çünki bu çıxış ürəkli və çox cəsur idi. O, Qazaxıstan hadisələrindən sonra cəmiyyətdə yaranmış müəyyən ruh düşkünlüyünü aradan götürdü”, - sözləri ilə şərhinə başlayan eks dövlət müşaviri Qabil Hüseynli qeyd edib ki, Prezident xalqa Azərbaycanın əsas hədəflərini göstərib. Əsas diqqət çəkən mesajlardan biri isə Zəngəzur dəhlizi ilə bağlıdır:

“Mehri, Qafan, Gorus, Qarakilsə (Sisyan) rayonlarından danışarkən Ulu Öndər Heydər Əliyevdən qalan xatirələri diplomatik tərzdə dilə gətirdi. Öz əcdadlarının da Zəngəzurdan olmasına işarə etdi”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidentinin dünya və yerli ictimaiyyətə anlatmaq istədiyi əsas SİYASİ MƏQAMLAR


Bizim.Media ilə özəl dialoq zamanı professor Hüseynli əlavə edib ki, Prezidentin Zəngəzur mesajında ermənilərin Sünik adlandırdığı Qərbi Zəngəzura qayıtmaq da yer alıb.

Qabil Hüseynlinin şərhinin ən vacib hissələrini təqdim edirik:

Bu mesajla Prezident İrəvanın KTMT və Rusiyanı Zəngəzura cəlb etmək istəyinin mənasız olduğuna eyham vurub.

Azərbaycan regionda yeni reallıqlar, düzən yaradıb. Bu düzəni isə Bakı ilə Ankara qoruyur. Ona görə də bölgəyə 3-cü qüvvələrin nüfuzuna şərait yaranmayacaq.

Prezident Ermənistana 6 ay vaxt verdi. İrəvanın sərhəd və digər təxribatlarını aradan qaldırmasa, Ermənistan öz etdiklərinin ağır nəticələri ilə baş-başa qalacaq.

Bununla yanaşı, Qabil Hüseynli gələcəkdə Zəngəzurda azərbaycanlıların məskunlaşdırılacağını, dədə-baba yurdlarına qayıdacağını da dilə gətirib. Çünki Prezident İlham Əliyev dünənki müsahibədə bunu usta formada dilə gətirib:

“Prezident bu çıxışı ilə həmin torpaqlardan deportasiya olunmuş insanları bəlli hədəfə kökləyə bilib”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin