Mirşahin Ağayevin adından saxta məlumat yaydılar: “Bu yalandır, iftiradır” - FOTO

Hazırda oxunan: Mirşahin Ağayevin adından saxta məlumat yaydılar: “Bu yalandır, iftiradır” - FOTO

55189

Sosial şəbəkələrdə məhşur telejurnalist Mirşahin Ağayevin adından saxta məlumat paylaşılıb.

Bizim.Media xəbər verir ki, o, özü bu barədə “Facebook”da paylaşım edib.

Telejurnalist rus ordusu ilə bağlı onun adından yazılan fikirlərin iftira olduğunu bildirib:

“Dostlar! Mənim adıma istinadla bir  status paylaşılıb. Bu yalandır, iftiradır, antidövlət qüvvələrin ətrafımda apardığı ənənəvi iftira təbliğatının tərkib hissəsidir. Mən, təbii ki, belə bir fikir söyləməmiş və paylaşmamışam. Əlbəttə “it hürüşü və karvan yürüşü” barədəki məşhur misalla  kifayətlənər, susardım, amma, məncə, bu yerdə  susmaq olmaz!

Bu addım Qara Güruhun nə qədər zavallı və aciz olmasının göstəricisi olmaqla yanaşı, həm də nə qədər təhlükəli, əxlaqsız, mənəviyyatsız olduğunun nümayişidir!

Düşməndən bundan artıq nə gözləmək olar? Səhifə antiazərbaycan cəhalətinin nümayəndəsi Məhəmməd Mirzəliyə məxsusdur. Bu təxribatın arxasında o və onun yerlərdəki yayıcıları durur”, - Mirşahin Ağayev yazıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin