ABŞ 7 ildə Rusiyaya 776 sanksiya tətbiq edib

Hazırda oxunan: ABŞ 7 ildə Rusiyaya 776 sanksiya tətbiq edib

5514

Amerika və Avropanın sanksiyafobiyasısını Qərbdə yeni pandemiya da adlandırmaq olar. Çünki son illər ABŞ digər dövlətlərə qarşı nə az, nə çox, düz 3 min 900-dan çox sanksiya tətbiq edib. Daha çox Rusiya, İran, Çin və Şimali Koreya sanksiyaların hədəfi olub.

Bu qadağaedici və məhdudlaşdırıcı aktın hədəfində bəzən təşkilatlar və ayrı-ayrı fərdlər də ola bilirlər. 

Rusiyaya qarşı B.Obama 555 (2013-2017-ci illər), D.Tramp isə 221 (2017-2021) sanksiya tətbiq ediblər. Bütövlükdə 2013-cü ildən bu yana Rusiyaya qarşı ABŞ 776 sanksiya tətbiq edib. Sanksiyalar əsasən hərbi və informasiya sferaları, insan hüquqları və bir sıra ölkələrə Rusiyanın silah yardımı ilə bağlı olub. 

Məsələn, məşhur “Maqnitski siyahısı” rusiyalı auditin korrupsiyaya qarşı mübarizədə hüquqlarının pozulması nəticəsində yaranıb (Amerika belə hesab edir). Son illər isə Vaşinqton daha çox kiberhücumlar, yeni silahların satışı və “Şimal axını - 2” ilə bağlı sanksiyalara üstünlük verir. 

Maraqlıdır ki, sanksiyalar rusiyalı milyarderlərə fərqli təsir göstərib. Rusiya KİV-də dərc olunan informasiyalara görə, 429 rusiyalı sanksiya altına düşüb. Təşkilatların sayı isə 526-dır. “Forbes”in statistikasına görə, G.Timçenko 5,9% itirib, V.Vekselberq 27,1% ziyana düşüb, S.Kərimov isə 56,3% sərvətini arıtırıb, A.Skoçun varidatı 28,6% çoxalıb, artım Y.Kovalçukda 28,6%-dir, O.Deripaskada isə azalma daha çoxdur – 65,7%! 

İrana qarşı sanksiyalar daha sərtdir. İrana atom, raket və hərbi məhsulların ixracına qadağa qoyulub. Ölkənin neft-kimya və neft-qaz sənayəesinə birbaşa investisiya qadağandır. Həmçinin İslam İnqilabı Keşikçiləri ilə hər hansı təmas qadağandır. İrana sanksiyalarla bağlı BMT-nin 5 qətnaməsi vardır (2006-2015ci illər). 2010-cu ildən Avropa Birliyi, Kanada, Avstraliya, Cənubi Koreya və Yaponiya da İrana qarşı sanksiyalar tətbiq edirlər.

Şimali Koreyaya qarşı sanksiyalar isə bu ölkənin nüvə-raket proqramı ilə bağlı tətbiq edilir. İlk sanksiyanı BMT 2006-cı ildə tətbiq edib (1718-ci qətnamə). 2009-cu ildə Şimali Koreya ikinci nüvə sınağını keçirəndən sonra BMT yenə sanksiya tətbiq etdi (1874-cü qətnamə). Bundan sonra Şimali Koreya məsələsi Qərb üçün bir məcaraya çevrilib. Hələ də sanksiyalar, ABŞ-ın canfəşanlığına baxmayaraq  bu ölkəni cilovlaya bilməyib.

2017-ci ildə Amerika Senatının GAATSA proqramını qəbul etməsi ilə Amerikanın sanksiya siyasəti yeni məzmun çaları kəsb etməyə başladı. Öncə bu qanun İran, Rusiya və Şimali Koreyaya qarşı əlavə sanksiya imkanları yaratmaq üçün idi. Maraqlıdır ki, D.Tramp bu qanundan narazı olsa da, 2017-ci ildə imzalayıb. O hesab edir ki, GAATSA prezidentin səlahiyyətlərinə məhdudiyyət qoyur.

İndi bu siyahıya NATO üzvü Türkiyə də salındı. ABŞ Senatı Türkiyəyə qarşı “Sanksiya vasitəsi ilə Amerika əleyhdarlarına əks-təsir haqqında” (GAATSA - Countering America’s Adversaries Through Sanctions Act) federal qanuna əsaslanaraq S-400 sistemlərini Rusiyadan aldığına görə sanksiya tətbiqinə qərar verdi. Ekspertlər bunu həm maraqlı, həm də ziddiyyətli hadisə adlandırırlar.

Sənəddə Türkiyəyə qarşı 12 punkt üzrə sanksiya tətbiqi tələb olunur. Türkiyə mətbuatı yazır ki, veto hüququ olmayan D.Tramp ən yaxşı halda bu 12 punktdan 7-ni kənara qoya bilər.

Bu 12 punkta, sanksiya tətbiq edilən fərdlərə ABŞ ixrac-idxal bankları krediti verilməməsi, Amerikadan məhsul və xitmət ixracatınnın dayandırılması, ABŞ maliyyə qurumlarının böyük miqdarda kredit ayırmasına icazə verilməməsi, Dünya Bankı və İMF-dən kreditlərin verilməsinin bloklaşdırılması, Amerika hökuməti fonlarına sahib olan və ya həqiqətən ABŞ ilə iş görən maliyyə qurumlarına sanksiyalar tətbiq edilməsi, sanksiya tətbiq edilən fərdlər və təşkilatlarla ABŞ-ın məhsul və xidmətlə bağlı müqavilələr imzalamaması, borsa üərindən iş görülməsinin qadağan edilməsi, ABŞ-ın nəzarətində olan banklarda ödəmələr və transferlərin qadağan olunması və digər şərtlər daxildir.

Sənəddə o da göstərilir ki, Türkiyə S-400-lərdən imtina etdiyini rəsmən sübut etsə, sanksiyalar müəyyən müddətdən sonra qaldırıla bilər. 

Rəsmi Ankara Türkiyə və Rusiya KİV-də yer alan informasiyalara görə kəskin reaksiya verib. Müxalif partiya olan CHP etiraz edərək, Türkiyənin tezliklə S-400-ləri aktivləşdirməsini istəyib. MHP də çox kəskin təniqidi fikirlər ifadə edib.  Rusiya XİN-in rəhbəri S.Lavrovun sanksiyaya tənqidi  yanaşmasını ekspertlər gözlənilən hesab edirlər. RİA Novosti-nin informasiyasına görə, S.Lavrov Amerikanın bu hərəkətini “arroqant davranış” (təkəbbürlü, saymazyana, özündənrazı, yekəbaş) adlandırıb və onun beynəlxalq hüquqa hörmətsizlik olduğunu bildirib.

Bu arada Avropa Birliyinin də Türkiyəyə qarşı müəyyən sanksiyalar tətbiq etmək qərarına gəldiyi haqqında KİV informasiyalar yaydı. Bu qərardan sonra yunan, fransa və alman heyətlərinin sampan açıb rəqs etdikləri haqqında jurnalistlər fikir yazıblar.

Görünür, Qərbin siyasi dairələrində yeni “pandemik proses” vüsət alır – “sanksiyafobiya”…
İndi anlaşılır ki, Makron niyə erməniləri fransızlara qohum sayır. Nikol Paşinyan da Şuşada rəqs etmişdi… 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin