Ukraynanın Milli Antikorrupsiya Bürosu Daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi qaldırıb. Ötən il Avakovun oğlu da cinayət əməllərində günahlandırılmışdı. Ölüm və oğurluqlarda şübhəli nazirin sirli xronologiyası...
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu erməni əsilli dövlət xadimi Arsen Avakova qarşı cinayət işi qaldırıb. İttihamlar Ukrayna Milli bankının sabiq rəhbəri Valeriya Qontarevaya da tuşlanıb.
Təqsirləndirilənlərin hər ikisi "CityCommerse Bank"dan 62 milyon avronun ələ keçirilib, Avstriyanın "Meinl Bank Aktiengeselschaf"da yeni hesab açılmasında şübhəli bilinirlər. Arsen Avakov səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.
Qeyd edək ki, Arsenin oğlu Aleksandr Avakov da ötən il hərbi çantalara ayrılan vəsaitin mənimsənilməsində ittiham olunmuşdu. Amma "rüqzak işi" prokuror Vasili Kriçunun imzası ilə bağlanmışdı.
Azərbaycana dost ölkə olan Ukraynanın erməni əsilli naziri Arsen Avakov Bakıda doğulub. Lakin bu erməni məmur digər soydaşları kimi anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük savaş ərzində Arsen Avakov Ermənistan ordusuna 4 milyon dollar pul köçürmək istəsə də, erməni nazirin hesabı bağlanmışdı.
Ukraynada nazir postuna gələndən bəri onun fəaliyyətinə qarşı çoxsaylı etirazlar baş verib və cinayət əməllərinə görə, bundan əvvəl də şübhəli bilinib. Ukrayna prezidenti Zelenski çıxışlarının birində demişdi ki, "Avakova borcum yoxdur və o, xidmətinin sınaq müddətindədir". İnsanlar onu gestapo kimi qanunsuz gecə dindirmələrində də günahlandırır. Hətta jurnalist Pavel Şeremetin qətlində də Avakovun adını hallandıranlar var.
Avakovun Ukrayna miqyasında siyasətə gəlişi isə, 2005-ci il, "narıncı inqilabı" ilə əlaqələndirilir. Bunadək o yalnız Xarkovlu biznesmen kimi tanınırdı. Yuşşenkonun hakimiyyəti dövründə Avakov 5 il yaşadığı vilayəti idarə edib və müxtəlif qara yollarla büdcəsini artırıb.
2010-cu ildə Yuşşenko ilə arası dəyən Avakov Yuliya Timoşenkonun klanına qoşulur. Onu da deyək ki, Arsen Xarkovun hazırki meri Qenadi Kerneslə düşməndir, çünki 2010-cu ildə Qenadinin postuna bu erməni seçilmək istəyirdi. Hələ bir dəfə də seçkilər saxtalaşdırılaraq, Avakovun xeyrinə dəyişdirilmişdi.
Ukraynanın erməni naziri 2012-ci ildə İtaliyada həbs olunub. Çünki həmin il Ukrayna Baş Prokurorluğu müxalifət özbaşınalıqlarına görə cinayət işi qaldırmışdı. Arsen Avakov da 55 hektar dövlətə aid torpağı mənimsəməkdə ittiham olunurdu. İtaliyada da biznesi olan erməni nazir ora qaçır, ancaq Kiyevin onu İnterpol üzərindən axtarışa verdiyi üçün, Avakov Apennində saxlanılır. Həbsdən çıxandan sonra Batkıvşina hansısa yollarla onun deputat seçilməsinə nail oldu və Avakov Ukraynaya qayıtdı.
Avromaydan başlayanda isə, Arsen Maydanın komendantı təyin olunur. Bunun necə baş verdiyini indi də aydınlaşdıra bilmirlər. Yanukoviç ölkədən qaçandan sonra, Poroşenko tərəfdaşlarına qarşı komendant olmuş birinin qəfil Daxili işlər naziri təyinatı hamı üçün gözlənilməz oldu.
Nazir kimi cinayətlərindən birincisi "inqilab qəhrəmanı" adlandırılan Bəyaz Saşanın öldürülməsi idi. O heç Maydandakı etirazçılara atəş açan, onları qətl edən berkutçuları da həbs etmədi.
Polis sistemindəki islahatları 5 yaşlı uşağın ölümünə və kiminsə cinayət məsuliyyətinə cəlb olunmaması ilə yadda qalıb.
Cinayətlərdə şübhəli erməninin ən böyük mübahisələrindən biri M.Saakaşvili ilə yaşanıb. Hələ bir dəfə Milli islahatlar şurasının iclasında Saakaşvili Arseni kənara itəliyərək söyləmişdi ki, "bütün ölkə, hamı bilir ki, bu oğrudur".
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:20 / 17.12.2020
Arsen Avakovun 62 milyon avroluq dələduzluğu
Hazırda oxunan: Arsen Avakovun 62 milyon avroluq dələduzluğu
Hazırda oxunan: Arsen Avakovun 62 milyon avroluq dələduzluğu
5508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.